Adalet.az | Kürdəmirdə təcili yardım maşını yandı: Ölən və yaralananlar var Adalet.az | Kürdəmirdə təcili yardım maşını yandı: Ölən və yaralananlar var Adalet.az | Ədalət -

Kürdəmirdə təcili yardım maşını yandı: Ölən və yaralananlar var

4284    |   2017-01-03 13:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Adalet.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı- Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.

Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə "Ford" markalı maşında olan sərnişin-Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və digər sərnişinlər - Xəyalə Zabit qızı Mehdiyeva və tibb bacısı Validə Yunis qızı Xəlilova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Tibb bacısı xəstəxanada vəfat edib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

* * *

Kürdəmirdə təcili yardım maşını yük maşını ilə toqquşub.

Adalet.az-ın FHN-in saytına istinadən bildirir ki, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus "KamAZ” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Qazel” markalı avtomobilin yanar hissələri yanıb. "KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın söndürülüb.



Ä°mza:
SON XƏBƏRLƏR
2017-04-23
2017-04-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mart çıxdı, dərt çıxd?

Hə (33.33%)
Yox (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Güzgüyə baxan qadın birdən diksinib qışqırır ;
- Ay Allah, Ay Allah mən necə dəhşətli görünürəm...
Həyəcanlanmış qadın ərinə tərəf çevrilir. Ər divanda uzanıb qəzet oxuyur. Qadın:
- Mənə bir dənə kompliment de, nə olar?
Ər:
- Sənin çox gözəl görmə qabiliyyətin var..




digər lətifələr
ARXİV
FACEBOOK