adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Yanvar 2017 17:26
9293
SİYASƏT
A- A+

Almaniya XİN: Trampın mövqeyi bizə aydın deyil

ABŞ-nın yeni seçilmiş prezidenti Donald TrampınSuriyadaxil olmaqla, xarici siyasətlə bağlı əsas məsələlərə dair mövqeyi Almaniya hökumətinə aydın deyil.

Bunu AlmaniyaXarici İşlər Nazirliyinin sözçüsü Martin Şefer deyib.


O qeyd edib ki, hətta son həftələrdə hökumət nümayəndələrimizin Vaşinqtondakeçirdiyi görüşlər bu məsələyə aydınlıq gətirməyib.

Xatırladaq ki, Almaniya hökumətiDonald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən narahatdır. Rəsmi Berlin hesab edir ki, bu, baş versə, Qərb dövlətlərinin vahidmövqeyinə zərbə vurulacaq.