ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda əlavə istehsal gücləri yaradılacaq

5324    |   2017-01-02 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda əlavə istehsal gücləri yaradılacaq.

Bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2017-2020-ci illərdə əlavə istehsal güclərinin yaradılması nəzərdə tutulur. Mütəxəssislərin hesablamalarına əsasən, növbəti 5-10 il ərzində təhlükəsiz enerji təchizatını təmin etmək məqsədilə əlavə 1000 MVt istehsal gücünün yaradılması üçün investisiya qoyulmasına zərurət yaranacaq. Tələb-təklif arasında tarazlıq yaradılması məqsədilə Azərbaycanda müxtəlif bazar alətləri vasitəsilə istehlakı azaldacaq taktikalardan istifadə ediləcək. İstehsala qoyulan investisiyanın növü prioritetlərdən asılı olacaq. Yeni stansiyaların tikintisi dövlət şirkəti tərəfindən həyata keçirildiyi halda, elektrik stansiyalarının tikintisinə başlanıldıqdan sonra tikinti prosesinə nəzarət etmək üçün əsas icra göstəriciləri müəyyən ediləcək və tikintinin gedişatı davamlı şəkildə izləniləcək.

Bu prioritetin həyata keçirilməsi nəticəsində istehsal gücü artırılaraq, 2020-ci ildə real ÜDM-in 130 milyon manat birbaşa və 85 milyon manat dolayı olmaqla, ümumilikdə 215 milyon manat artacağı, 5085 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Bildirilir ki, bu prioritet üzrə istehsal gücünün 1900 MVt artırılması çərçivəsində (hazırda planlaşdırılan 900 MVt istehsal gücü də daxil olmaqla) 1500 MVt istehsal gücünün yaradılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi ilə bağlı (yalnız istilik və su elektrik stansiyalarının tikintisi nəzərə alınmaqla) 1 milyard 950 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır. Bu vəsait dövlət və özəl mənbələr hesabına maliyyələşən investisiyaları əhatə edir.




İmza:trend
SON XƏBƏRLƏR
2017-11-19
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK