adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Yanvar 2017 16:14
7906
İDMAN
A- A+

Buffon mükafatsız qalmadı

"Yuventus" və İtaliya millisinin qapıçısıCanluici Buffonölkəsində 2016-cı ilin futbolçusu seçilib. 

Adalet.az goal.az-a istinadən xəbər verir ki, 15 min azarkeş arasında keçirilən səsvermənin nəticəsinə görə 38 yaşlı qolkiper 37% səs toplayıb. O,Andrea Belotti(25%) və komanda yoldaşıLeonardo Bonuççini (19%) qabaqlayıb.

BuffonKasilyasla birlikdə milli komandada ən çox oyun keçirən (167) avropalı oyunçudur.