adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Yanvar 2017 12:11
9863
İDMAN
A- A+

88 dəqiqəlik transfer

Azərbaycan millisinin "Trabzonspor"a lazım olmayan futbolçusuRamil Şeydayevin Superliqa təmsilçisindəki karyerası 88 dəqiqədən ibarət olub. 

Adalet.az apasport.az-a istinadən xəbər verir ki, yayda bu kluba keçən milliləşən rusiyalı transferi müddətində 6 ayda 3 matçda iştirak edib.

Türkiyə çempionatının yalnız 1 matçında xidmətinə ehtiyac duyulan hücumçu "Kayserispor"la səfər matçında (1:0) 11 dəqiqə meydanda olub. Ramil bu qısa müddətdə sarı vərəqə ilə də cəzalanıb.

Ölkə kubokunun 2 görüşündə üst-üstə 77 dəqiqə lazım olan Şeydayev "Serhat Ardahan"a (6:0) qarşı 32, "Çorum Bələdiyyəspor"a (2:1) qarşı 45 dəqiqə forma geyinib. Sonuncularla duel onun start heyətində yeganə matçı olub.

Qeyd edək ki, "Trabzonspor" Ramili icarəyə göndərməyə qərar verib. Onun ən real müştərisi isə "Samsunspor"du.