adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Yanvar 2017 15:28
7660
MƏMLƏKƏT
A- A+

Bayram hələ bitməyib, amma onminlərlə sərnişin daşınıb

Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından sərnişindaşıma ilə bağlı statistika açıqlanıb.

Adalet.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriŞəfa Mehmanqızıbildirib ki, Bakı Beynəlxalq Avtovağzalından 28-29-30-31 dekabr tarixlərində 1957 reyslə 51349 sərnişin daşınıb:

"Ən çox sərnişin sayı 30 dekabr tarixində müşahidə olunub. Belə ki, dekabr ayının 30-da Avtovağzaldan 608 reyslə 16525 sərnişin daşınması həyata keçirilib".