ANA SƏHİFƏ / HADİSƏ

Bakıda faciəvi şəkildə ölən futbolçular - FOTOLAR

4750    |   2017-01-02 15:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü futbolçu imiş. Onlar Sabunçu futbol klubunun heyətində çıxış edirmişlər. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi imiş.

Adalet.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, 5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılıb. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb.

O, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları çağırılıb. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.

"Sabunçu” FK-nın oynayan rəhbəri Elçin Məmmədovun verdiyi məlumata görə, ölənlərdən Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum klubun heyətində çıxış edirmişlər.

Kamerun Respublikasının vətəndaşları olan bu şəxslər 1 ilə yaxın imiş ki, komandada forma geyinirmişlər.

Digər dünyasını dəyişən Kamerun vətəndaşı Nzemele Ezzambe Texniki Universitetdə təhsil alırmış.




İmza:
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK