adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Yanvar 2017 15:06
9107
SİYASƏT
A- A+

Kim Çen In Yeni ildə də ABŞ-ı təhdid etdi

Şimali Koreya lideri Kim Çen In yaxın zamanda qitələrarası ballistik raketi (ICBM) sınaqdan keçirəcəklərini açıqlayıb.

Kim Çen In Yeni il günü ənənəvi çıxışında bildirib ki, ən yeni texnologiyaya malik silahlar üzərində araşdırmalar irəliləməkdədir və qitələrarası ballistik raketin sınaqdan keçirilməsi üzrə hazırlıqlar son mərhələdədir.

Sözügedən bəyanata artıq ABŞ-dan reaksiya verilib. Şimali Koreya rəhbərliyindən təhrikedici hərəkətlər və beynəlxalq sülh və sabitliyi təhdid edən ifadələrdən imtina olunması istənilib.

Qeyd edək ki, qitələrarası ballistik raketlərin bir çoxu 10.000 km məsafəni qət etmək qabiliyyətinə malikdir. ABŞ-ın Kaliforniya əyaləti Şimali Koreyadan 9.000 km uzaqlıqda yerləşir.