adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Yanvar 2017 13:55
7630
DÜNYA
A- A+

İstanbuldakı terroru İŞİD öz üzərinə götürdü - Yenilənib

İstanbulda "Reina" gecə klubunda 16 əcnəbi olmaqla, 39 nəfərin öldürüldüyü terror hücumunu İŞİD öz üzərinə götürüb.

Bu barədə "Reuters” məlumat yayıb.

***

İstanbulun "Reina” gecə klubunda terror aktını törədən özbək və ya qırğız ola bilər.

Bu barədə "CNN Türk” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Reina hücumu araşdırılarkən terrorçunun İŞİD-lə əlqəsi olan Özbəkistan və ya Qırğızıstan vətəndaşı olması ehtimal edilir.

Qeyd edək ki, Yeni bayramı gecəsi "Reina” gecə klubuna naməlum silahlı şəxs hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.