adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Yanvar 2017 13:53
7848
DÜNYA
A- A+

Çində quş qripi təhlükəsi

Çinin cənubunda bir nəfərdə H7N9 virusu aşkarlanıb. Quş qripi virusu aşkarlanan kişinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Adalet.az xarici mətbuata istinadən bildirir ki, qanadlı ev heyvanları satan 49 yaşında kişi soyuqdəymə əlamətləri ilə xəstəxanaya aparılıb. Öskürək və yüksək qızdırması olan şəxsdə H7N9 virusu aşkarlanıb. Şəxsin yaxın təmasda olduğu insanlar da karantinə alınıb.

Qeyd edək ki, keçən ay Çinin müxtəlif əyalətlərində 9 nəfərdə H7N9 virusu aşkarlanıb. Qış və yaz aylarında aktivləşən virus Çin də ilk dəfə 2013-cü ilin mayında aşkarlanmışdı.