ANA SƏHİFƏ / GÜNDƏM

Cübbəli Hocanın qisası - İLHAM İSMAYIL YAZIR

4788    |   2017-01-02 11:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstanbulda Yeni il gecəsi əyləncə mərkəzində baş verən terrorun məsuliyyətini hansı terror təşkilatı üzərinə götürdü?

Heç biri. Heç olmayacaq da. Bu terrorun məsuliyyəti Türkiyə siyasətinin zehniyyətinin üzərinə düşür. Şəriət qaydalarını üstün tutan zehniyyət on illərdir ki, formalaşmış, Türkiyənin həyat tərzinə çevrilmiş dünyəviliklə qarşı qarşıyadır. İŞİD-in, PKK-nın, PYD-nin və başqa terror təşkilatlarının indiyədək Türkiyədə törətdikləri terrorun gecə klubunda, yeni il şənliyinə qatılanlara qarşı törədilən qətliamın mahiyyətində terror dayansa da , fərqli səbəbləri var. Əgər əvvəlki terrorun hədəfində Türkiyə dövləti, türklər dayanırdısa, bu terrorun hədəfində dünyəvilik və o dəyərlərin daşıyıcıları dayanır. Türkiyədəki iqtidarın siyasətindən dəstək görən radikal islamçı kəsim bu terrora açıq şəkildə hazırlaşıb. İstanbul küçələrinə "Yılbaşı və Noel kutlamalarına hayır” plakatları vurub təbliğat aparanlara icazə verən, dəstəkləyən hakimiyyət nümayəndələri bilmədilərmi bu təbliğatın ağır nəticələri ola biləcək?


Amma, hələ 21 dekabrda bu təbliğata, bu plakatlara diqqət yönəldən "Cümhuriyyət” qəzetinin müxbiri Əhməd Şık : "Boş veriləcək bir durum deyil. Cübbəlinin xəbərdarlıqları, tez-tez bir Noel vurğusu yapması diqqətə dəyər. Tədbirli olmaqda fayda var” yazdığına görə bir həftə sonra -29 dekabrda həbs edilir.

Yalnız bu deyil. Türkiyə diyanət işləri başqanı Mehmet Görmez terrordan iki gün əvvəl, cümə günü yayınladığı xütbəsində, "Özünü və yaradılış qayəsini unudaraq dəyərlərimizə uymayan, insan həyatına dəxli olmayan qayrimeşru (bic, naməlum) tutum və davranışlar sərgiləmək bir möminə əsla yaraşmaz. Yeni bir ilin ilk saatlarının başqa mədəniyyətlərə, başqa dünyalara aid yeni il əvvəli əyləncələrlə israfçılığa yol verilməsi nə qədər də düşündürücüdür”.

Yeni ili qeyd etməyin, əylənməyin, sevinməyin əleyhinə bundan başqa hansı təbliğat aparılmalıdır ki, Türkiyə kimi bir dövlətdə sonu 40 nəfərin qətliamı ilə bitməsin? Əlini qolunu sallayıb "Kalaşnikov” silahı ilə küçədə sərbəst dolaşan biri içəri girib 40 can alır, sonra da rahat gəldiyi kimi də geri dönür. On gün əvvəldən öz vətəndaşlarını İstanbulda ola biləcək mümkün terrorla xəbərdar edən ABŞ-ı söyməkdənsə informasiyanı dəyərləndirmək düz olmazdımı? Yeni il gecəsi 25 min polislə təhlükəsizliyi qoruyan İstanbul polisi nədən plakat təbliğatının hədəfi ola biləcək məşhur əyləncə yerini boş buraxdı?

Suallar çoxdu. Sosial şəbəkələrdə " Yılbaşında əyləncələr yapanda bilmirdiniz ki, Allah sizləri cəzalandıracaq” tipli şərhlər yazan Türkiyə vətəndaşlarının çoxluğu da sual yaradır- Türkiyə hara gedir?


İmza:moderator.az
SON XƏBƏRLƏR
2017-03-23
2017-03-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK