ANA SƏHİFƏ / KRİMİNAL

Mənzildən meyitləri tapılan əcnəbilərin ikisi tələbə, üçü futbolçudur

9518    |   2017-01-02 10:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.

Adalet.az APA-ya istinadən bildirir ki, Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.

Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur. Əcnəbi tələbələr Texniki Universitetdə oxuyub.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir


İmza:
SON XƏBƏRLƏR
2017-03-29
2017-03-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK