adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Yanvar 2017 10:00
8513
HADİSƏ
A- A+

Qaz kəmərində yenidən güclü partlayış

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.