adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Yanvar 2017 22:45
18614
KRİMİNAL
A- A+

Həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb

Samux rayonunda həyat yoldaşı ilə mübahisə edən ər özünü bıçaqlayıb.

Adalet.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Samux rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Rahil Rəfi oğlu ailə münaqişəsi zəminində özünü bıçaqlayıb. Qarın nahiyəsindən bir bıçaq yarası alan R. İmanov yaxınlarının köməyi ilə Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, həkimlər tərəfindən əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.