ANA SƏHİFƏ / SİYASƏT

Rusiyanın bütün diplomatları ABŞ-ı tərk etdi

5396    |   2017-01-01 23:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ administrasiyası tərəfindən bu ölkədən çıxarılmış Rusiya diplomatlarını daşıyan təyyarə paytaxt Vaşinqtondan səmaya qalxıb.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının bu ölkədəki səfirliyinin mətbuat xidmətindən "RİA Novosti" agentliyinə bildirilib.

Səfirlikdən bildiriblər ki, diplomatların olduğu təyyarə səmaya qalxıb və hamı onunla uçub.

Mətbuat xidmətindən həmçinin onu da əlavə ediblər ki, uçuşdan əvvəl ekipaj komandiri diplomatların Moskvaya istiqamət alan uşaqlarının Kremldə Yolka şənliyinə dəvət edildiklərini elan edib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyanın bir sıra diplomatlarına, Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunan şəxslərə, habelə digər rəsmi və fiziki şəxslərə, müəssisələrə qarşı sanksiyaları tətbiq edib. Onlar ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə və Rusiyada işləyən Amerika diplomatlarına təzyiq göstərməkdə ittiham edilirlər.




İmza:
SON XƏBƏRLƏR
2017-03-23
2017-03-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK