adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Yanvar 2017 20:00
7097
DÜNYA
A- A+

İnterpol Türkiyədəki terrorla bağlı bəyanat yaydı

Cinayət polisi beynəlxalq təşkilatı (İnterpol) Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktını pisləyib və bu ölkənin hökumətinə faciənin araşdırılmasında dəstəyini təklif edib.

Bununla bağlı təşkilatın bəyanatında deyilir.

"İnterpol İstanbulda terrorçuların hücumunu pisləyir və Türkiyə hakimiyyətinə sözsüz dəstəyini təklif edir", - deyə təşkilatın "Twitter"dəki rəsmi hesabında yerləşdirilmiş bəyanatında deyilir.

Qeyd edək ki, Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 39 nəfər ölüb. Onların 16-sı xarici ölkə vətəndaşıdır.

Yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.