adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Yanvar 2017 23:07
6924
MƏMLƏKƏT
A- A+

Bakı-Moskva aviareysinin uçuş vaxtında gecikmə yarandı

Bu gün saat 16.05-də Bakıdan Moskvaya (Rusiya) uçmalı olan "SU 1855" saylı reysdə gecikmə yaranıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, reysin nə zaman uçacağı hələ ki, məlum deyil.

Reys Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus "Boeing 737-800" tipli təyyarə ilə yerinə yetirilməli və 19.25 radələrində Rusiya paytaxtındakı Şeremetyevo Beynəlxalq Hava Limanında eniş etməli idi.