adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Yanvar 2017 22:43
7250
DÜNYA
A- A+

Terroru Şaxta baba geyimli şəxs törədib - Nazir

Bəzi məlumatlara görə, İstanbul terrorunu Şaxta baba geyimli şəxs törədib.

Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib.

"Terror bəşəriyyətin dərdidir. Terrorla nəyisə əldə etmək mümkün deyil. Bəzi yerlərdən aldığım məlumata görə, partlayışı Şaxta Baba geyimli şəxs törədib. Bunların siması yoxdur”, - nazir bildirib.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.