adalet.az header logo
  • Bakı 20°C
01 Yanvar 2017 18:00
8813
DÜNYA
A- A+

İsrail prezidenti türkcə başsağlığı verdi

İsrail Prezidenti Reuven Rivlin İstanbulda baş verən terror hücumuna münasibət bildirib.

Adalet.az xəbər verir ki, prezident rəsmi Tvitter hesabında Türkiyə xalqına türkcə başsağlığı verib:

"Qəlblərimiz türk xalqı ilə bir yerdədir. Bu hücum insanlığa qarşı törədilib. Dualarımız yaxınlarını itirən və yaralılarladır”.

Bu arada İsrail Xarici İşlər Nazirliyi xəsarət alanlar arasında iki İsrail vətəndaşı olduğunu açıqlayıb. Onlardan birinin şəxsiyyəti məlum olsa da, digəri barədə məlumat əldə etmək mümkün olmayıb.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.