adalet.az header logo
  • Bakı 13°C
01 Yanvar 2017 17:00
6194
GÜNDƏM
A- A+

İstanbulda yaralanan azərbaycanlının adı məlum olub

Bu gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.

Türkiyənin Səhiyyə Nazirliyindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır.

Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.
Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var.

"Onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır", - deyə məlumatda bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.