adalet.az header logo
  • Bakı 21°C
01 Yanvar 2017 16:45
9624
İDMAN
A- A+

“Qarabağ”ın iki əfsanəsi. Hüseynov qardaşları – Tarixin şəkli

Yaşar və Müşfiq Hüseynov qardaşları.

Onlar hər ikisi "Qarabağ” komandasının əfsanələri olub. Yaşar Müşfiqdən yaşca böyükdü. O, Ağdam klubunun yarımmüdafiəçisi (və uzun illər kapitanı), Müşfiq isə hücumçusu olub. 1980-ci illərdən başlayaraq hər ikisi "Qarabağ”ın şərəfini qoruyublar.

1990-cı illərdə, xüsusilə Ağdamın işğalından sonra, "Qarabağ”ın ən ağır dönəmlərində, pulsuz-parasız oynadığı vaxtlarda doğma komandalarına sadiq olublar, klubu tərk etməyiblər.

İndi onların hər ikisi "Qarabağ”da məşqçi kimi çalışır...

Şəkildə soldakı Müşfiq, sağdakı Yaşar Hüseynovdur.

Qeyd: Şəklin 1996 və ya 1997-ci ildə çəkildiyi güman olunur.