adalet.az header logo
  • Bakı 13°C
01 Yanvar 2017 18:52
4829
GÜNDƏM
A- A+

Məmmədyarov Çavuşoğluna başsağlığı verdi

Ötən gecə İstanbulda törədilən terror aktı ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, E. Məmmədyarov İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyib.

Xarici işlər naziri bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib:

"Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməzlər. Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.