ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sabah hava küləkli olacaq

5628    |   2017-01-01 16:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 1-4° isti, gündüz 5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.




İmza:
SON XƏBƏRLƏR
2017-07-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (30%)
Top-topa - YOX (70%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın:
- Əzizim, dur! Sübh azanının vaxtıdır.
Kişi:
- Mən qəzasın qılaram.
Qadın:
- Allah deyir ki, imkan daxilində namazı ilk vaxtında qılmaq lazımdır.
Kişi:
- Allah dörd arvad almağa da icazə verirg
Qadın:
- Yat, Allah bağışlayandır, əzizim.




digər lətifələr
ARXİV
FACEBOOK