adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Yanvar 2017 14:53
8843
İDMAN
A- A+

Rəşad Sadıqov 5-ci dəfə ilin futbolçusu seçildi

"Qarabağ"ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov daha bir sorğuda ilin futbolçusu seçilib.

Adalet.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi "Futbol+" qəzetinin ənənəvi sorğusunda 2016-cı ilin ən yaxşı futbolçusu olub.

Bununla da Sadıqov 5-ci dəfə ölkəsinin ən yaxşısı olub. Bunadək Rəşad 2004, 2005, 2010, 2013-cü illərdə "Futbol+" sorğusunun qalibi adını qazanıb. Bu dəfə səsvermədə 177 nəfər, o cümlədən Qol.az iştirak edib və Sadıqova səs verib.

Xatırladaq ki, Rəşad daha öncə İdman Araşdırmalar Mərkəzinin səsverməsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilib.