adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Yanvar 2017 22:00
5690
HADİSƏ
A- A+

Şabranda 5 otaqlı ev yanıb

Şabranda yanğın qeydə alınıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şabran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 168 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 48 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06.55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.