adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Yanvar 2017 13:45
7171
DÜNYA
A- A+

Gürcüstanda benzin və siqaretin qiyməti qalxıb

Bu gündən Gürcüstanda neft məhsulları üçün aksiz dərəcəsi artırılıb.

Adalet.az xəbər verir ki, 1 ton benzin üçün aksiz vergisinin dərəcəsi 250 laridən 500 lariyə , 1 ton dizel üçün isə 150 laridən 400 lariyə qədər artıb.

Aksizin qaldırılması qiymətlərə təsir göstərib. Faktiki olaraq bu aksiz vergisi birbaşa məhsulun maya dəyərinə daxildir. Yanacaqda 25 tetra (17 qəpik) bahalaşma olub. Qeyd olunub ki, aksizin artırılması neft məhsullarının idxalının həcminə təsir göstərməyəcək.

Bundan başqa siqaret, avtomobilin idxalı vı kazino biznesi üçün aksiz vergiləri də artırılıb.