adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Yanvar 2017 11:15
7324
DÜNYA
A- A+

Obamadan Türkiyəyə yardım təklifi

Bu gecə İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubunda törədilən, 39 insanın ölümünə, 69 insanın yaralanmasına səbəb olan dəhşətli terror aktı dünya gündəmindədir.

Adalet.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama hadisə ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

O, terror aktına görə üzüntüsünü dilə gətirərək, hadisənin araşdırılması üçün Türkiyəyə yardım təklif edib.