adalet.az header logo
  • Bakı 13°C
31 Dekabr 2016 21:30
5765
GÜNDƏM
A- A+

FHN-in 40 əməkdaşına mənzil verildi

Fövqəladə Hallar Nazirliyinin sosial proqramına uyğun olaraq Bakının Xəzər rayonunun Türkan qəsəbəsində nazirliyin əməkdaşları üçün inşa olunmuş hər biri 5 mərtəbəli, 40 mənzilli 2 yaşayış binasıdekabrın 31-dəistifadəyə verilib.

Adalet.az xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata göə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.

Mərasimdə çıxış edən E. Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, belə bir əlamətdar günlərdə yeni ili yeni evlərində qarşılayacaq nazirlik əməkdaşlarına və onların ailə üzvlərinə ən xoş arzularını çatdırıb. Sonra F. Tağı-zadə yeni mənzillərin açarlarını sahiblərinə təqdim edib. Daha sonra binanın rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan, lazımi mebel avadanlıqları ilə təchiz olunmuş yaşayış binalarıFövqəladə Hallar NazirliyiƏsaslı Tikinti İdarəsinin sifarişi və "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilib.