adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Dekabr 2016 21:24
7955
MƏMLƏKƏT
A- A+

Bakıda veloyürüş təşkil olundu

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Velosiped İdmanı Federasıyası, "Ladıes on Bıkes" xanımların həvəskar velosiped klubu, Azərbaycan Talassemiya Federasiyası (ATF) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı həmçinin "Velosport" mağazalarının yaxından dəstəyi ilə "Yeni il və Həmrəylik " veloyürüşü keçirilib

Adalet.az xəbər verir ki, veloyürüş Azadlıq meydanından start götürərək Ağ şəhər bulvarına qədər hərəkət edib və "Port Baku”nun qarşısında yürüşü başa çatıb.

Veloyürüş sonunda Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Respublika Velosiped Trekinin direktoru Ceyhun Mirzəyev və "Ladies on Bikes" klubunun rəhbəri Nur Axundlu talassemiyalı və hemofiliyalı pasientlərini və onların ailə üzvülərini Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik ediblər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova və Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul çıxış edərək təşkil olunan tədbirə görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.

Sonra Talassemiyalı və hemofiliyalı pasientlərinə Velosiped İdmanı sahəsində göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının əməkdaşları "Fəxri Fərman”a layiq görülüblər.

Yürüşün yekununda Şaxta baba və Qar qız tərəfindən talassemiyalı və hemofiliyalı pasientlərinə Yeni il münasibətilə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla dövlət əhəmiyyətli günlərdə veloyürüşlər təşkil edir.