adalet.az header logo
  • Bakı 21°C
31 Dekabr 2016 16:38
8675
İDMAN
A- A+

Araz Abdullayev rəsmən “Qəbələ”də!

"Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını "Qəbələ”də davam etdirəcək.


Bu haqda Qol.az-a "Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib.

24 yaşlı yarımmüdafiəçi ilə bu gün 2 illik müqavilə imzalanıb.


***

Klubun saytı da transferlə bağlı xəbər yayıb. Xəbərdə bildirilir ki, "qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində Azərbaycanda yalnız "Neftçi”nin heyətində çıxış edən Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə "Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın "Panionios” klubunda legioner həyatı yaşayıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, bu komandada 20 oyun keçirib.