adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Dekabr 2016 15:00
5891
GÜNDƏM
A- A+

İcra başçısı ön xətdə xidmət edən əsgərlərlə görüşdü

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə 31 dekabr Dünya Azərbaycanlılarınını Həmrəylik Günü və Yeni il münasibəti ilə düşmənlə təmas xəttində, səngərdə üz-üzə dayanmış Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüb.


İcra başçısı hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatı çatdırıb.


Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarınını Həmrəylik Günü və yeni il münasibəti ilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.

Bildirib ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunmasıdır.

"İnanırıq ki, o gün uzaqda deyil. Biz Ali Baş komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edəcəyik”.


İcra başçısı əsgərlərə vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik və cansağlığı arzulayıb.


Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulayıblar.