adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Dekabr 2016 23:12
17905
MARAQLI
A- A+

Qar adamı görən azərbaycanlı - VİDEO

Qubanın Xınalıq kənd sakini Babaəli Babaəliyev qar adamı gördüyünü iddia edir.

Adalet.az ARB Şimal-a istinadən xəbər verir ki, 58 yaşlı kənd sakini Qar adamına 30 il öncə rast gəldiyini söyləyir.

Onun sözlərinəgörə, bu varlığa ov edən zaman rast gəlib. Qar adamını Xınalıq kənd sakinlərindən Babaəli Babaəliyevdən başqa görən olmayıb. Kənd sakini mağarada onunla üz-üzə oturan Qar adamını tüfənglə öldürmək istəyib. Lakin ona zərər vermədiyindən bu fikrindən daşınıb.

"Həmin məxluqla 1986-cı il, mən ova gedəndə mağarada rastlaşdıq. Gəldi mağaraya, oturdu. Gecə saat 01:15-dən 04:00-a qədər. Çox qalın tükü yoxdur. Hardasa 5-7 sm-lik. Alnı bir az yastıdır. İnsan kimidir. Əl, ayaq. Boynunda, sinəsində qırmızı ət görünürdü. Boyu 3 m olardı", - deyə Babaəli bildirib.

Bir çoxları bu varlığı gördüklərini desələr də, onun mövcudluğu tam təsdiqini tapmayıb.

Belə fikirlər var ki, bu müqəddəs hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur isveçli həkim Karl Linney onu mağara adamı kimi təyin edib.