adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Dekabr 2016 22:37
15599
MARAQLI
A- A+

Qarğa pasport oğurladı

Qarğa Estoniya vətəndaşının pasportunu Leninqrad vilayətindəki İvanqorod avtomobil nəzarət-keçid məntəqəsində oğurlayıb.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi proseduru zamanı yaxınlıqdan uçan qarğa gözlənilmədən sənədi götürərək havaya qalxıb.

Bu qeyri-adi insidentin şahidi gömrük postundakı vəzifəli şəxslər olublar. Onlar vətəndaşa yardım etməyə cəhd ediblər, xidməti itlərlə kinoloqlar cəlb olunub. Ancaq qarğanı tutmaqla bağlı bütün cəhdlər uğurlu alınmayıb.

Polis çağırılıb və pasportun itməsi ilə bağlı arayış hazırlanıb. İvanqorod polisi vətəndaşa Estoniyanın Sankt-Peterburqdakı konsulluğunun ünvanını veriblər. Ona yeni arayış veriləndən sonra evinə qayıdıb.

Pasport iki gün sonra tapılıb. Qarğa onu yaxınlıqdakı piyada keçid məntəqəsinin ərazisinə tullayıb.