ANA SƏHİFƏ / MARAQLI

Ən maraqlı yeni il adətləri

11006    |   2016-12-30 22:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çilidə insanlar, gecə yarısı bir qaşıq mərcimək yeyənlərin bütün il boyu işlərinin yaxşı gedəcəyinə və həmin il çoxlu pul əldə edəcəklərinə inanırlar.

Yeni Zelandiyada yeni ilə qədəm qoyarkən hər kəs küçələrə tökülür və mümkün olduğunca yüksək səslə qazan tava çalınır.

İspaniyada gecə yarısı zənglər çalarkən hər bir vuruş üçün bir üzüm dənəsi yemək adətdir.

Argentinada gecə yarısı sağ ayağınızı irəli uzatsanız, ilə sağ ayaqla girmiş olarsınız. Bütün il yaxşı keçər.

Braziliyalılar 7 dalğa üzərindən tullanılan zaman şansınızın yaxşı olacağına inanarlar.

İngilislər hər yeni il gecəsi nifrət etmələrinə baxmayaraq Jools Holland'ın "Hootenanny" sini izləyərlər.

Çilidə evi içəridən çölə süpürərsinizsə, əvvəlki ilin pis ruhlarını da süpürmüş olarsınız.

Kolumbiyalılar üçün küçənin ətrafında boş bir çamadanla bir az dolanmaq, bütün ilin gəzərək keçəcəyi mənasını verər.

Şotlandiyada saatlar gecə yarısını vurar vurmaz dostun evinə "ilk ayaq" basan olmaq üçün bir yarış başlayır. İlk ayaqlar getdikləri evlərə pul, çörək, duz, kömür, viski kimi mədəni bolluq da apararlar.

Rusiyada isə insanlar diləklərini kiçik kağız parçalarına yazar, bu kağızları yandırar, sonra yanıq kağızı şampan badələrinə atıb bu şampanları içərlər. Qəribədir deyil mi?

Argentinada yeni il gecəsi yeni bir çəhrayı don geyinsəniz sevginin sizi tapacağına inanılır.

Cənubi Afrikada köhnə elektron əşyalar şüşədən atılar.Diqqət başınıza diqqət! Yaponiyada başlayacaq olan ilin heyvanın qılığına girilər ( 2014 üçün bu heyvan at olacaq ), yerli məbədə gedilər və zənglər 108 dəfə çalınır.

Türkiyədə qurşun tökmək bəd nəzəri dəf edərkən, Finlandiyada gələcəyi təxmin etmək üçün istifadə olunur . Məsələn tökülən qurşunda üzük ya da ürəyə bənzəyən bir şey görülərsə, o il eşq və evlilik var deməkdir.

Panamada yeni il gecəsi məşhurların "muneco" deyilən və pis ruhları təmsil edən kuklaları yandırılır. Kimin kuklası olduğu isə çox əhəmiyyətli deyil...

Filippində yumru şəkilli cisimlər qızıl pulları xatırlatdıqları üçün bərəkət simvoludur. O səbəblə yeni il gecələri süfrədə yumru şəkilli meyvələrin olması şərtdir. Hətta 12 yumru meyvə yemək də adətdir.

Estoniyada yeni il günü yeddi pay yemək yemək və beləcə bir sonrakı il yeməklərin bolluğunu təmin etmək adətdir. Yeddi nəfərlik yemək yeyən bir adamın yeddi adamın gücünü alacağına da inanılır.




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK