adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Dekabr 2016 21:00
22332
ŞOU-BİZNES
A- A+

Aygün Kazımovadan jurnalistlərə bayram təbriki

Xalq artisti Aygün Kazımova qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə media nümayəndələrinə təbrik ünvanlayıb.

Adalet.az müğənninin təbrikini təqdim edir:

"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildir. Siz isə bütün 365 günü mənə həmrəylik nümayiş etdirdiniz. Hər zaman dost dəstəyinizi gördüm. Bu dostluğumuz əbədidir. Sadiqliyiniz və dəstəyiniz üçün sizə təşəkkür edirəm.

Mən də sizi, ümumilikdə isə çalışdığınız qurumun bütün işçilərini həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün işlərinizdə uğurlar arzulayıram".