adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

“Teatr üzüdönükləri bağışlamır”

ETİBAR CƏBRAYILOĞLU
53083 | 2016-12-30 17:20

Kinorejissorlar,teleserial istehsalçıları aktrisa Zemfira Əbdülsəmədovanı gec kəşf ediblər. Sonillər onu tez-tez bədii filmlərə dəvət edir, teleseriallarda səxavətlə rolverirlər. Amma bu müsahibədə Zemfira xanımın səhnə fəaliyyəti barədə daha genişdanışdıq. İstədim ki, oxucularımız Azərbaycan teatrının çox istedadlıaktrisasını bir qədər də yaxından tanısınlar.

Zemfira ƏbdülsəmədovaSabit Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində Cülyetta ("Romeovə Cülyetta" U. Şekspir), Nayman ana ("Əsrə bərabər bir gün"Ç.Aytmatov), Seda ("Bəxt üzüyü" V. Səmədoğlu), Nisə xanım ("Sərgüzəştivəziri-xani Lənkəran" M.F. Axundzadə), Dövlət Gənclər Teatrında isə Qurbanəlibəyin arvadı ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Zöhrə("Dadaşbala əməliyyatı" R. Əlizadə), Zərifə ("Arvadımın əri özüməm"G. Xuqayev) kimi bir-birindən tam fərqli obrazlar yaradıb.

Son illər Dövlət Gənc Tamaşaçılar Teatrınınrepertuarındakı əksər tamaşalarda rol alanaktrisa Zemfira Əbdülsəmədovanı sizinlə "Ədalət"in 2016-cı ilüçün sonuncu sayında görüşdürürəm.

- Zemfira xanım,müsahibəni çoxdan planlaşdırsam da teatrın qastrol səfərləri, teleseriallardakıçəkilişlərinizə görə görüşümüz alınmırdı. Bəlkə söhbətə elə sonuncu qastrol səfərindənbaşlayaq?

- Dövlət Gənc Tamaşaçılar Teatrı həqiqətən dəson illər tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedir, müxtəlif beynəlxalqfestivallarda iştirak edir. Kollektivimiz Rusiya Federasiyası KalmıkiyaRespublikasının B. Basaqanov adına Milli Dram Teatrı ilə sıx yaradıcılıq əməkdaşlığıedir, 5 ildir ki, bu kollektivlə müxtəlif layihələr həyata keçiririk,qarşılıqlı qastrol səfərləri olur. Bu yaxınlarda növbəti dəfə Kalmıkiyaya səfəretdik, bir neçə tamaşa ilə artıq bizim üçün çox doğma olan publika qarşısınaçıxdıq. Sonuncu qastrolumuz da əlamətdar hadisələrlə yadda qaldı,repertuarımızdakı "Qohumlar" tamaşasını iki dildə təqdim etdik. Əsasrollar Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında Azərbaycan dilində,kütləvi səhnələr isə Kalmıkiya Teatrındakı həmkarlarımızın təqdimatında rusdilində ifa olundu. "Qohumlar"ı Kalmıkiyada çox populyar olan bir əsərəsasında teatrımız üçün Vera Şuqayeva və Əli Əmirli səhnələşdirib, tamaşayaKalmık Teatrının baş rejissoru Boris Manciyev quruluş verib. Mən bu tamaşadaBuqa rolunda oynayıram. Həmin əsəri Kalmıkiyada hamı əzbər bilir, qastrolzamanı da tamaşamız çox maraqla qarşılandı. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyisağ olsun ki, teatrımızın belə layihələrinə daim dəstək verir, xariciqastrollarda, festivallarda iştirakımıza şərait yaradır.

- "Qohumlar"danəvvəl kalmık rejissorla "Xortdanın cəhənnəm məktubları" tamaşasındabirgə çalışmışdız. Hacı Kamyabın arvadı rolu da ifanızda maraqla qarşılandı...

- Boris ManciyevMoskvada təhsili alıb, səhnədə aktyordan nə istədiyini bilən rejissordu. Onun tamaşalarındaaktyor, aktrisa bilir ki, səhnədə kimi oynayır. Mən belə rejissorlarla həmişəsevə-sevə çalışıram. Hesab edirəm ki, ən korifey aktyor və aktrisanın da güclürejissora ehtiyacı var. Dünən də, bu gündə, sabah da bu düşüncədə olacam. Boris Manciyev "Xortdanın cəhənnəm məktubları"nıhazırlayarkən çox oxuyur, öyrənir, bizimlə məsləhətləşirdi. Yəqin elə ona görədirki, Haqverdiyevin əsərini doğru-düzgün anladı və həqiqətən də sanballı birtamaşa ortaya qoydu, hər rejissor bunu bacarmır. Əbdürrəhim bəy öz xalqınıyaxından tanıyan, daxili aləmini olduğu kimi əks etdirməyə qadir yazıçımızdır,onun kiçik hekayəsi belə insanı valeh edir. Əksər klassiklər kimi, Haqverdiyevdə zaman, dövr çərçivəsinə sığmır, həmişə aktualdı.

- Bir vaxtlar səhnədəCülyetta obrazını yaradan Zemfira xanım klassik əsərin dəyərini yaxşı bilməlidi...

- Ustadım, Şəki DövlətDram Teatrında və Gənclər Teatrında çalışmış, aktyorların üzərində böyük haqqıolan Hüseynağa Atakişiyev Şekspirin "Romeo və Cülyetta" əsərinə çoxgözəl quruluş vermişdi. Şəki teatrı bu tamaşanı Rusiyanın Moskva və Kazan şəhərlərindəböyük uğurla nümayiş etdirdi. Ermənistanın paytaxtında, bu gün əlimiz yetməyənİrəvanda "Romeo və Cülyetta" oynamağımız yaxşı yadımdadı. Həm rus, həmdə erməni mətbuatında rəhmətlik Hüseynağa müəllimin bu tamaşası barədə,aktyorların ifası haqqında çox dolğun yazılar dərc olunmuşdu.

- İstər Şəki, istərsə dəGənclər teatrının səhnəsində baş rollar oynamağınıza baxmayaraq, bu gün sizidaha çox teleseriallardakı işlərinizlə tanıyırlar. Bu sizi narahat etmir?

- Əlbəttə narahat edir,amma nə etmək olar... Səhnənin çox sərt qanunları var, teatr üzüdönükləribağışlamır.

- Bir müddət səhnədənayrı qalmağınızı üzüdönüklük hesab edirsiz?

- Yox, çünki gedişimintamam başqa səbəbləri oldu, bu, daha çox ailə məsələləri ilə bağlı idi. Həminillərdə də bu sənətə, səhnəyə sevgimi qəlbimdə saxlamışdım. Sevinirəm ki, yenidənteatrdayam, yaradıcılıqla məşğulam. Teatrı məbəd hesab edənlərlə həmfikirəm,bu, sadəcə, elə-belə söz deyil. Allaha dua etmək üçün məkanın o qədər də önəmiyoxdu, yəni məscid də, kilsə də, sinaqoq da məbəddi. Mən teatra da belə müqəddəsməkan kimi baxıram.

Bu günteleseriallardakı rollarımla daha çox tanınmağıma gəlincə, görünür bayaqdediyim səbəbdən yaranan fasilə bir qədər əleyhimə işləyib.

- İş yoldaşınız, Əməkdar artist Şövqi HüseynovMusiqili Teatrda baş rola dəvət aldı. Siz belə dəvət gözləyirsizmi? Nəzərə alaqki, həmin teatr sizə heç də yad kollektiv deyil...

- Sözsüz ki, MusiqiliTeatr mənə doğmadır, bir müddət orada çalışmaq, maraqlı rollar oynamaq, Nəsibəxanım Zeynalova, Hacıbaba Bağırov kimi korifeylərlə bir səhnəni bölüşmək mənə nəsibolub. Gələcəkdə hansısa bir rola dəvət olsa, sevə-sevə qəbul edərəm. Biraktrisa kimi janrla bağlı çərçivələri çoxdan qırıb-atmışam.

- Gənclər Teatrının səhnəsində"Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynayandan sonra əlbəttəki, bu sözü demək olar... Maraqlıdı, bu günlərdə sizi yenidən "Leyli və Məcnun"dagördük, amma epizodik rolda...

- Rəhmətlik Hüseynağamüəllim orijinal bir tamaşa hazırlamışdı, tamaşaçı bir əsərdə 7 Leyli və 7 Məcnunugörürdü. Mən həmin tamaşada bir pərdədə Leyli, digərində isə onun anasınıoynayırdım. Yeni tamaşamıza gəlincə, Əməkdar artist Nicat Kazımov GəncTamaşaçılar Teatrında Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərinəmüraciət etdi və mənə bu tamaşada Zəncirli qarı rolunu tapşırdı. Epizodik olsada maraqlı roldu, quruluşçu rejissor Zəncirli qarını insan qanından, canındanpul qazanan əzazil birisi kimi təqdim etməyimi istəyirdi. Elə ilk söhbətimizdənNicat bəyin nə istədiyini anladım və məncə, sonda obrazı doğru-düzgün təqdimetməyi bacardım.

- Həyat yoldaşınız,aktyor Ədalət Əbdülsəmədovla eyni teatrda çalışırsız. Evdə sənət mübahisələritez-tezmi olur, yoxsa belə hallara ancaq bədii ədəbiyyatda rast gəlməkmümkündü?

- Tez-tez olmasa da,arada fikirlərimizi, düşüncələrimizi bölüşürük. Düzdür, Ədalət bəy evdə iş barədəçox söhbət etməyin tərəfdarı deyil, amma nəzərə alsaq ki, hər ikimiz sənətadamıyıq, onda istər-istəməz teatrla bağlı söhbətləşirik. Ədalət bəy təkcəömür-gün və iş yoldaşım deyil, həm də ən obyektiv tənqidçimdi. Mən əksərhallarda onun təndiqləri ilə razılaşıram.



EtibarCƏBRAYILOĞLU


TƏQVİM / ARXİV