adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Dekabr 2016 17:00
10066
İQTİSADİYYAT
A- A+

Nəzarət Palatası monitorinq keçirəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 27 dekabr 2016-cı il tarixli iclasında "Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi barədə prezident İlham Əliyevin 23.12.2016-cı il tarixli fərmanından irəli gələn tapşırıqların icrası mexanizmi müzakirə edilib.

Palatadan Adalet.az-a verilən məlumata görə, iclasda ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, ö cümlədən nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq və bank sisteminin inkişafını sürətləndirmək məqsədilə qəbul olunmuş qanundan irəli gələn Palatanın üzərinə düşən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Fərmanın icrası məqsədilə sadələşdirilmiş vergi ödəyiciləri üzrə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan, ƏDV ödəyicilər üzrə isə ümumi məbləği otuz min manatdan artıq həyata keçirilmiş bütün mədaxil və məxaric əməliyyatları "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna müvafiq olaraq monitorinq rejiminə cəlb ediləcək.

Direktorlar Şurasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün bankların və poçt rabitəsinin milli operatorunun fərmanda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə məlumatlandırılması təmin ediləcək, o cümlədən onların aidiyyəti əməkdaşlarına yeni hesabatlıq sistemi barədə treninqlər keçiriləcək.