ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC müəllimləri mükafatlandırılıb

6198    |   2016-12-30 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir sıra əməkdaşı səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə mükafatlandırılıb.

Universitetdən Adalet.az-a verilən məlumata görə, UNEC-in "Fəxri Fərmanı” ilə təltif edilən müəllimlərlə görüşən rektor, professor Ədalət Muradov universitet kollektivinə yeni ildə uğurlar, həmrəylik arzulayıb və universitetdə keyfiyyətli təhsil uğrunda aparılan işlərə dəstək olan müəllimlərə təşəkkürünü çatdırıb.

UNEC-in çox böyük kadr potensialına malik olduğunu xüsusi vurğulayan Ə.Muradov müəllimlərin nüfuzunun yüksəldilməsi məqsədilə reallaşdırılan layihələrdən və görüləcək işlərdən danışıb. Rektor müəllim peşəsinin aliliyini təbliğ edən "Müəllim güc mənbəyidir” və digər bu kimi layihələrin icrasına önəm verildiyini qeyd edib.

Tədbirdə bir qrup müəllimə UNEC-in "Fəxri Fərman”ı təqdim edilib.

Sonda rektor və müəllimlər 2017-ci ildə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparıblar.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.




İmza:

700 bal toplayan abituriyent: BANM-ə daxil olmaq ən xoşbəxt anımdır

"Bəlkə dərslər 1 sentyabrda başlasın?!" - Nazirlik rəsmisi

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlandı

ADU-da “Business English”fənni çərçivəsində tədbir keçirilib

ADU-da “Azərbaycan və Çinin ekoloji siyasəti” mövzusunda seminar keçirilib

İmtahan nəticələri açıqlanıb

600-dən yüksək bal toplayan abituriyentlər UNEC-də - FOTO

700 bal toplayan tələbə: Ən böyük arzum - Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olmaq idi

UNEC-in tələbə və magistrləri nüfuzlu şirkətdə ödənişli təcrübə imkanı əldə edəcək - FOTO

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verir

İkinci Qəbul imtahanları üçün qeydiyyat başa çatıb

SON XƏBƏRLƏR
2017-05-24
2017-05-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan, yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim onu çağırtdırır. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim, mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki, mən ağıllanmışam...




digər lətifələr
ARXİV
FACEBOOK