Azərbaycanda 20 minə yaxın iş yeri yaradılacaq
"Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” açıqlanıb.
Sənəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilib. Sənəd rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanıb.
Bu xəritə logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir. Burada 2020-ci ilədək dövr üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün bir sıra prioritet və tədbirlər göstərilmiş, habelə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycanda real ÜDM-in 605 mln. manat artacağı, eyni zamanda ümumilikdə 18900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə, cəmi 3 mlrd. 160 mln. manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.
Sənədin tam mətni iləBURADANtanış ola bilərsiniz.
Digər Xəbərlər
24 Aprel 2024 10:34
Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti
24 Aprel 2024 10:03Bu gün 30 dərəcə isti olacaq
24 Aprel 2024 09:25Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
24 Aprel 2024 09:09Xankəndidə doğulan ilk körpənin valideynləri Su Ehtiyatları Agentliyinin əməkdaşlarıdır
23 Aprel 2024 18:24