adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Dekabr 2016 14:20
47488
TEXNOLOGİYA
A- A+

Azərbaycan İKT-nin inkişafına bu qədər vəsait xərcləyəcək

Azərbaycanda Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair "Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün ümumilikdə 585 mln. manat həcmində investisiya tələb olunur.

Adalet.az  xəbər verir ki, bu barədə həmin sənəddə qeyd olunub.

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şirkəti, yerli büdcələr, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri, habelə birbaşa xarici investisiyalar, ölkə bank sisteminin kreditləri və qrantlar, o cümlədən beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımları, maliyyə bazarlarının alətləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş prioritet hədəflər üzrə ən səmərəli şəkildə sərf olunmasını təmin etmək üçün büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.