adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

RÜFƏTİN KİTABINA OXUCU SÖZÜ

FƏRİDƏ RƏHİMLİ
47196 | 2016-12-30 13:14

Gənc həmkarım Rüfət Soltanın "Adı nədir?!” adlı ikinciromanını ilk vərəqlədiyimdə tərəddüdlü sevgi anlatmalarıyla başlayan əsərinsonunun müsbət bitəcəyini güman etməsəm də, bu hissin adını bilməyən müəllifinsuallar girdabında qaldığını, onun baxışıyla bu hissin sevgimi, alışqanlıq,yəni adət etməkmi, dostluqmu, yoxsa sadəcə özünü aldatmamı olduğu marağımasəbəb oldu. Kitabında "Vəfalıma qarşı hisslərimin adı nə idi? – sualına həqiqisevgimi, keçici həvəsmi, yalançı duyğusallıq həngaməsimi... bəlkə eşitməkistədiyin, lakin inanmağa taqətin, həvəsin olmadığı sevgimi...” cavabını veriröz-özünə. Doğrusu, hətta, sakit, təvazökar, mehriban, bir az qaraqabaq, bir az utancaqtəsiri bağışlayan gənc həmkarımın sevgidən əzab çəkməyə məhkum olduğunudüşünüb, halına da acıdım. Amma sən demə, Bəxtyar Vahabzadə demiş, "İnsan göydəAy kimidir, görünməyən tərəfi var”mış...

Sevindirici haldır ki, indi gənclərimiz həyata açıqgözlə baxmağı, ağı qaradan seçməyi, xeyiri zərərdən ayırmağı bacaracaqdurumdadırlar. Müəllifin yazdığı kimi, "sevgisi üçün damarlarını doğrayanlar”azdır indi. Ən vacibi isə kitabın əsas mövzusunu təşkil edən sevgi deyil, cəmiyyətdəbaş verənlərdən öz çıxarları üçün istifadə edən fırıldaqçıların, şarlatanlarıngündəmə gətirilməsidir. İndi yağışdan sonra göbələklər kimi peyda olan "sərbəstiş”, "əvvəlki işinə heç bir maneçiliyi olmadan ikinci gəlir yeri” adlarıaltında insanların sadəlövhlüyündən, ehtiyaclılığından vicdansızcasına istifadəedərək onları aldadıb borca salan şəbəkələr təəssüf ki, hər gün artır və etdikləriüçün heç bir məsuliyyət daşımırlar.Təbii ki, bunların da arxasında dayanan böyük güclər var. Belə olmasa, bupiramidal qayda bu qədər yüksələ bilməz. İllər öncə tanışlarımdan birinintoruna düşdüyü Tiens firması bu fırıldaqçı yuvalarının ilk qaranquşlarındanidi. Müəllifin toxunduğu məsələ (QNet şəbəkəsi) ilk baxışdan kimlərəsəəhəmiyyətsiz görünə bilər, amma xalqın qanını soran haramyeyənlər bu şəbəkəniget-gedə genişlənirirlər və aldandıqlarını anlayanlar da heç bir şey edəbilmirlər.


Rüfətin, bugənc yaşında sevgidən deyil, cəmiyyətin üzqarası olan bu çatışmazlıqlardanyazması və onu oraya sürükləməyə çalışan və qəlbən biganə olmadığı qızı oradanuzaqlaşdırmağa çalışması onun bir vətəndaş kimi doğru mövqedə olduğunu sübutedir. Orta məktəbi nümunəvi bitirmiş, universitet, magistr təhsili almış,əsgərliyini onurla başa vurmuş gəncimizin bu, əsl vətəndaş mövqeyi də qürurduyulacaq bir addımdır. Coğrafiyaçı olsa da, çiynini ədəbiyyatın ağırlığıaltına vermiş – "Ədalət”in müxbiri, AYB-nin üzvü və Prezident təqaüdçüsü olanRüfət Soltanın ilk romanı "Qovuşduq ki, ayrılmayaq” adlanır.

Gənclikenerjisini normal yaşam tərzinə kökləmiş belə gənclərə isə uyğun şəraitinyaradılması, təəssüf ki, həmişə mümkün olmur. Amma hər şeyin başlanğıcı səbrdirdeyir dinimiz və anladığım qədəriylə Rüfət də Allahını, dinini öndə görən birikimi bu amalla yaşayır. İkinci romanındakı Amal adı da məncə, "Adı nədir?”sualının başqa bir cavabıdır.

"Ədalət”, yarandığı gündən çoxlu sayda sanballıyazarların, televiziya əməkdaşlarının ilk iş yeri olub. İndi mətbuatımızıntanınmış simalarının ilk tramplini məhz "Ədalət” olub. Son illərdə istedadlıgənclərin qəzetə, "Ədalət”in saytına dəvət olunmaları sevindirici haldır. Heçtəsadüfi deyil ki, gedənlərin yerinə gələnlər də bu kollektivdəki səmimiyyəti,mehribançılığı, birliyi qoruyub saxlayırlar. Yeri gəlmişkən xüsusən gənclər evin "sözəbaxan uşaqları” kimiböyüklərin hörmətini həmişə saxlayırlar.

Rüfətin kitabı barədə fkrlərimi qəsdən ilin sonunasaxladım. Məqsədim gənc yazarı həm kitabına görə, həm də Yeni il münasibəti ilətəbrik etmək idi. Elə bu təbrikin içində onu da vurğulamaq istəyirəm ki, onunkitabı bir gənc yazar üçün uğurlu sayıla bilər. Mən oxucu olaraq onun sonromanında müəyyən məqamlarla tam razılaşdım. Elə, həmin o məqamlar da göstərirki, Rüfət Soltan gələcəkdə daha samballı kitablara imza atacaqdır. Ona uğurlardiləyir, kitabın, Yeni ilin mübarək deyirəm!

Fəridə RƏHİMLİ

TƏQVİM / ARXİV