İL SONU KÖNÜL PIÇILTISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
71811 | 2016-12-30 12:42

Onun baş qəhrəmanı Sən və bir də duyğularımdı...

Hə, 2016-cının sonuncu yazısını yazıram. Bu ilin, yəni 2016-nın nə üstdətəhvil olunduğu yadımdan çıxıb, heç xatırlamaq da istəmirəm. Ona görə ki, 2016 yadımdaancaq ağrı-acı, göz yaşıyla qaldı. Və deyilənə görə, 2017 qapımızı xoruz banıyladöyür. Səhərin açılmasını xoruz həmişə xəbər verir. Və xatırlayıram ki, Azərbaycanradiosunda bir veriliş də var idi. Rəhmətlik, hər kəsin qəlbinə yol tapmış Hüseynağa Sadıqovo verilişdə «Xoruzbaba» obrazını yaradırdı. İndi də səsi qulaqlarımdadı. Bunu sözgəlişi dedim. Amma,əslində bu gün səsi qulaqlarımdaaz səslənəntək-təksənətkarlarımız var. Bilmirəm, bu zamanın günahıdı, yoxsa qloballaşmanın? Amma hərnədisə, indi sənətdən daha çox şoumenlik təşkil edilir hər yerdə. Nə isə…

Bəli,mən 2016-dan narazı qalmağımın səbəbini dəfələrlə vurğulamışam və bildirmişəm ki,həyatımın iki məqamından başqa,mənə heç bir şirinlik bəxş etmədi. 365-in içərisində iki məqam azdı, çoxdu,onu siz deyin. Mən isə Naxçıvan səfərimlə Trabzon xatirələrimi yaşadığımı uzun müddətdə unutmayacam. Çalışacağımisə 2016-nın mənə vurduğu zərbələrdən, sarsıntılardan qaçmaqolacaq. Yazını bilgisayara diktə edərkən Gülər xanım öncədənşərt kəsdi. Dedi ki, müəllim, son yazının kədərini, nostalji duyğularını ya birkənara qoyun, ya da azaldın, bəlkə düşərli oldu. 2017 özünün ilk banıyla həyatımızanəsə səmimi, xoş bir şey gətirdi. Təbii ki, mən də Gülər xanımla razılaşdım və razılaşmayabilməzdim də. Küsərdi, yazını yazmazdı. Ya da yazsa,elə əsəbi bir formada yazardıki, onun könlünü xoş etmək üçün üç-dörd dəfə haldan-hala düşməli olardım. Axı, ilinsonudu. Bir-birimizdən küsüb ayrılmanın heç yeri deyil. Bax, bütün bunlardan sonraqərara gəldim ki, mövzunun damarını yumşaldım və belə də etdim…

Bəli,2016-da həcmcə böyük, kiçik kitablar, yazılar oxudum, şeirlərlə baş-başa qaldım.Onların bir çoxu ruhumu oxşadı, könlümə istirahət bəxş etdi. Bəziləri haqqında fikirlərimidə oxucularla bölüşdüm. Uğurlarına sevindiyim qələm adamlarının təkcə mənə yox,həm də ədəbiyyatımıza, söz dünyamıza bəxş etdiyi yeni nümunələr mənim üçün həm xatirəoldu, həm yaşam oldu, həm də məni də düşünməyə, sözə bir az da acıq gözlə baxmağavadar etdi. Mütaliə etdiyim kitablar arasında çox hörmətli Sona xanım Vəliyevanınmətbuatımızın banisi Həsən bəy Zərdabi haqqında yazdığı «İşığa gedən yol» romanıxüsusi yer tutur. Və düşünürəm ki, bu roman2016-nın ədəbiyyatımıza hədiyyəsidir. Təbii ki, şeirlərinə dönə-dönə üz tutduğum,hətta fikirlərimi ifadə etmək üçün yararlandığım şeirlərə görə də Sona xanım Vəliyevayaminnətdaram. Bu il yadımda qalan kitablardan biri də «Məktub» oldu. Bu kitabın damüəllifi Yusif İldırımzadədi. Anaya yazılmış bu «Məktub»lar çox kövrək notları,duyğuları qabardır və insanın həssas nöqtələrinətoxuna bilirdi.

Şeiraləmində isə xüsusi olaraq Elçin Mirzəbəylinin, Əli Hacının, Dəyanət Osmanlının,Səhər Əhmədin, Rüstəm Beyrudinin kitabları stolumun üstündən əskik olmadı. Və bütünbu söz dünyasının içərisində mən də öz duyğularımı pıçıldağama çalışdım. İstədimki, sözlərin yanında, sırasında mənim də sözüm görünsün. Bilmirəm necə alındı, ümumiyyətlə,sözüm yadda qaldı-qalmadı, amma bütün hallarda sözlə yaşamışam, yaşayıram və bundansonra da ömür payım nə olsa, sözün qulluğunda dayanacam. Hətta gileyli, incik şeirlərimdədə, sevgi duyğularını ifadə edən misralarımda da.


Mən

uydurduğum

hərcür bəhanəylə

özüdə qəsdən

və billə-bilə

səsini

eşitməkistəyirəm…

sənisə

bilmirəm

nədənsə

yada qəsdən

hərcür bəhanəsiz

səsinigizlədirsən!..

amma

hələbu da

deyilson -

ortada

günahkarvar

oda

zəngçatmayan

telefon!..


***

Bəli, 2016 ilə vidalaşdığımbir məqamda qapımızda banlamağa hazırlaşan xoruzun sədasını eşitməmiş könül pıçıltılarınıifadə etməyə çalışıram. İstəyirəm ki, bugünə qədər mənimlə olan, məni yaşadan, mənəqol-qanad verib oyaq saxlayanduyğularımınmövcudluğu üçün Tanrıma şükürlər edim. Əlimi açıb ondan bəxş etdiyi bu sevgiyə görə,yerdən göyün son nöqtəsinə qədər razı olduğumu dilə gətirim. Çünki həyatımın mənasısevgi, sevgimin mənası yaşadıqlarımdı. Deməli, hər iki halda böyük Allahın mənəçəkə biləcəyim qədər dərd, ürəyimin daşıya biləcəyi qədər sevgi verib. Bu, sonsuzbir mükafatdı… bu, dəyəri, qiyməti olmayan bir diqqətdi, ehtiramdı. Ona görə qarşısındabaş əyib özümü bütün varlığımla borclu saydığım Allahımın məni köklədiyi notlarüstündə pıçıldayıram:


Mənim gizlinim yox,gizlənməyim yox

Qaçacam bəxtimdənmən hara qədər?!

Bütün bu dünyadanvə hamıdan çox-

Mən sevdim, sən sevdinbəs hara qədər?!


Yeridim, yüyürdüm,durdum və baxdım,

Amma yarımadım nəmən, nə baxtım…

Könlümü üzük təkkönlünə taxdın-

Üzatdım əlimi mənyara qədər!..


Gecəyə, gündüzə ruhumşam oldu,

Sevincim görüntü,qəmim tam oldu!..

Hər zaman umduğumvüsal - kam oldu-

Ağrısın duymadınsən,yara qədər…


Acını acıma qatıbbal etdim…

Dilmi önündə həran lal etdim.

Gözü nurdan saldım,saçı çal etdim-

Ömrümün mənası sən -vara qədər!


Yaşamaq haqqındansevgim, yasaqsan

Yayın ortasında şaxta, sazaqsan…

Özün də bilirsənmənə uzaqsan-

Gözlə qaşda olansən ara qədər!..


Bəli, bilmirəm buşeir ürəyinizcə olacaq, yoxsa yox, amma hər halda mən ürəyimin diktəsiylə yazmışam bu şeiri. Və düşünürəm ki,ürək pıçıltısı Allaha daha tez gedib çatır, nəinki yaxa cırıb, baş yolmaq, hay-həşirsalmaq. Necə deyərlər, sevinci də, kədəri də pıçıltıyla söyləyəndə onun tutumu,onun təsiri daha çox olur. Çünki pıçıltı diqqəti çəkir. Mən bütün zamanlarda hərkəsdən diqqət ummuşam. Çünki gücüm, imkanım, qabiliyyətim daxilində kimsədən diqqətəsirgəməmişəm. İstəmişəm ki, bir salamla, bir əhval soruşmaqla qarşılaşdığım insanın,xatırladığım Allah bəndəsinin ruhunu sevindirim, könlünü səksəndirim. Bu nə qədəralınıb-alınmayıb, onu məni tanıyanlar bilir. Hər halda eni-boyu 4 saatlıq, təbiiki, avtomobilə,məsafə olan bu məmləkətdə gizlənmək də mümkündeyil, yalan danışmaq da!..

Bəli, indi içimdəkiduyğuların kökləndiyi 2017 havası mənə ömrümün yeni ilinin başlanğıcını da pıçıldamağabaşlayıb. Özüm özümü bəri başdan «dünyamıza xoş gəldin» təbrikinə hazırlayıram.Bilirəm ki, o təbriki beş-üç nəfər də olsa,deyəcək. Heç kim də deməsə, Sən deyəcəksən, Sən xatırlayacaqsan.Ən azından həyatında bir işartı kimiolduğum üçün. Və mən də o təbriki ən böyük mükafat, ən böyük dəyər kimi qarşılayacam.Çünki o,sənin dilindən qopacaq. Axı, sən həmişə mənihamıdan öncə dekabr ayının son gecəsinin, son saniyəsinin ötdüyü anda təbrik etmisən.Və mən də yeni ilin son saniyələrinə sənin təbrikinlə qədəm qoymuşam. Yəqin ki,bu il də belə olacaq. Amma sənə də, hər kəsə də tam etiraf edim ki, 2016 məndə2017-ni,öncəki illəri qarşıladığım həvəsi qoymayıb.Ona görə də bu ilin son şeirlərindən biri olan misraları özüm özümə hədiyyə edirəm.


Çəkirəm başıma dərdidərman tək

Elə bil acıma balqatıram, bal…

Kirpiyin ucuna yapışıb qalan-

Damladan könlüməxal salıram, xal…


Anıram bir anlıqköhnə düzəni

Məstliyin içindəqutək üzəni.

Hər şeyə, hər kəsə gülüb gəzəni -

Xatirə kürkünə qalsalıram, qal!..


İllər axarında nimdaşlaşanmən

Qırılan simlərləsimdaşlaşan mən…

Gəlib dərdləriyləsirdaşlaşan mən-

Budaqdan ümidi kaldərirəm,kal!..


***

Bəli, qarşıdan gələnilin adını da bildik, həyatımıza daxilolacağı anlardan da xəbərdarıq. Ona görə də köhnənin ağrı-acısını yavaş-yavaş atılmalıolan nələrləsə bir yerdə toplayıb qapıdan kəndara qoymaq lazımdı. Dünyanın bir çoxməmləkətlərində ilin sonunda həmişə nələrisə atırlar. Mən düşünürəm ki, bizdə dəatılmalı, atmalı yox ha, həqiqətən atılmalı nələrsə var - hər birmizin həyatında,hər birimizin həyətində və bütövlükdə məmləkətimizin özündə. Ona görə də ilin son günündən düşünüb, daşınıb yaxşı istifadəetməliyik. Nəyi atacağıq? Niyə atacağıq! – qərarını verməliyik. Zənnimcə, verəcəyimizqərar sonra bizə başağrısı, peşmançılıq gətirməyəcək. Mən də doğum günümlə başlayan2017-nin hər birimizin ömrünə xoş anlar, uğurlargətirməsini diləyirəm. İstəyirəm ki, tanıdığım, tanımdağım, sevdiyim, sevmədiyimhər kəsin, bütövlükdə Azərbaycanın yeni ili uğurlu, düşərli olsun. Və məni həmişəyazılarıma görə keçmişin adamı sayanlar da elə bundan sonra da öz fikirlərində qalsınlar. Çünki keçmiş gələcəyinbünövrəsidi. Yəqin ki, mənimlə razılaşarsınız. Və bir daha bayramınız mübarək olsun!

Son olaraq mən elə ilin sizlərə ünvanlanan son pıçıltısını

Sona Vəliyevanın misraları ilə cilalayır və deyirəm:

İtirdiklərimizdən əlimizi üzüb,

İtirmədiklərimizi gəzirik.


Deməli, doğrudan da biz yaşamağa ümidliyik, elə mən də o ümidlə özmisralarım ilə ilə nöqtə qoyuram.


Sürünür səhərə tərəf

Yolunu kəsə etmir ki!

Gecənin tərsliyi tutub,

Mənimlə yola getmir ki –

Açıl sabah!..


Kirpiklərim bir-birinə

Küsüb, baxmaq da istəmir...

Utanım gecə yerinə -

Səni səhər də səsləmir –

Açıl sabah!..


Yaramın qanı kəsmir ki,

Canımı alır canımdan...

Bir damcı meh də əsmir ki,

Səpəm gecəyə qanımdan –

Açıl sabah!..


Sabahlarımız xoruz banıyla hər birimizin üzünə xeyirlə açılsın!


TƏQVİM / ARXİV