GƏDƏDƏN BƏY OLAR…

FAİQ QİSMƏTOĞLU
76439 | 2016-12-30 12:14

Bir dəfə qəzetimizdə«Ulu məkan»nın təsisçisi və baş redaktoru, şair Əli Vahid Çaylının (Xəlilbəyli)şeirləri çap edilmişdi. Şeirlərin arasında biri - «Gədədən bəy olmaz» diqqətimidaha çox cəlb elədi. Və şeiri oxuyandan sonra içimdə yeni bir mövzu baş qaldırdı.Daha doğrusu, oxuduğum, gördüyüm və eşitdiyim hadisələri bu şeir yenidən mənim yadımasaldı. Düşündüm ki, Əli Vahid Çaylı öz gördüyünü nəzmə çəkib. Və məndə nə vaxtsa bayaq dediyim kimi, oxuduqlarımı, eşitdiklərimi və gördüklərimi birdaha hörmətli oxucularımızla bölüşmək istəyirəm…

Gədədən bəy olar,özü də lap yekəsindən. Amma bəydən heç vaxt gədə olmaz. Niyə gədə olmaz? Bunu çoxlarıyaxşı bilir. Çünki bəy oturuşuyla, duruşuyla və ən nəhayət mərdliyiylə seçilib vəçox vaxt da buna görə elə ona «bəy» deyiblər. Bəy ki, bir söz dedi, vəd verdi, kiminsəqarşısında heç vaxt gözükölgəli olan deyil. Daha doğrusu, loru dildə demiş olsaq,bəy tüpürdüyünü yalamaz.

Ancaq indi gədə bəylərdaha çoxdur. Elə bil ki, alçaq dağları onlar yaradıblar. Zalım uşağı zalım yekəxanalığından,cahilliyindən dünyaya sığmırlar. Bizim də kənddən belə bir gədə bəy çıxıb. Kənddəhamı onu dəli Gülşadın oğlu eşşək Əhməd kimi tanıyıb. Bu eşşək Əhmədin yeddi arxadönənindən düz-əməlli adam olmayıb. Ya onlar oğurluq eləyiblər, ya kiməsə sataşıblar,ya da kiminsə malını basıb yeyiblər. Amma noolsun...

Və günlərin bir günündəbu dəli Gülşadın oğlu eşşək Əhməd bir qələt qarışdırdı və kənddən çıxıb getdi Rusiyaya.Müəllimləri də yaxşı bilir ki, dəli Gülşadın oğlu eşşək Əhməd adını və soyadınıdüzgün yaza bilmir. Yəni adını, soyadını yazanda nə qədər səhv eləyir…

Əlqərəz, bu eşşəkƏhməd gedib çıxır Sankt-Peterburqa və orda da qoşulur göy-göyərti satanlara. Onil ərzində nə təhər varlanırsa, gözü ayağının altını görmür. Və bir gün də haraçıxır ona «bəy» deyirlər. Eşşək Əhmədin Sanki-Peterburqda çoxlu obyektləri, kommersiyamağazaları, Bakıda villaları və eləcə də «novostroyka»larda bahalı evləri, bir sözlə,nə qədər desən var-dövlət qazanır bu on ildə…

Günlərin bir günündədə kənddə qayıdır, özü də 250 minlik bahalı «CİP»də. Camaat da məəttəl qalır ki,ay bala, bu eşşək Əhməd iki eşşəyin arpasını bölə bilmirdi. Bəs bu qədər var-dövlətihardan qazandı?! Dəli Gülşadın oğlu eşşək Əhməd bu var-dövləti ağlıyla, başıylaqazanmadı. Ona-buna «atmaqla», kəf gəlməklə əldə elədi bu qədər varı, dövləti. Vəkənddə də onun keçmişini unudub çoxları ona Əhməd «bəy» deyirdi. Eşşək Əhməddə busözləri eşidəndə canına sarı yağ kimi yayılırdı. Və özünü göyün yeddinci qatındahiss eləyirdi…

Zarafat deyil, yeddiarxa dönəninə puluna, varına, dövlətinə görə rəhmət oxutdururdu. Elə ki, toya girirdi,tamada başlayırdı onu tərifləməyə: «Kəndimizin sayılıb-seçilən oğlu Əhməd bəyə eşqolsun!» Əhməddə cibindən 100 dollar çıxarıb tamadaya uzadırdı və tamada da bu100 dolları alandan sonra kefi ala buluddan nəm çəkirdi…

Hələ yas məclisindəmolla onu görən kimi qımışır, sanki öz doğmasını görürdü. Və başlayırdı Əhmədinşəninə tərif deməyə. Deyirdi ki, ay camaat, bu Əhməd bəy var ha, kənd üçün çox qənimətadamdı. Allah onun ölənlərinin yerini behişt eləsin. Eşşək Əhməd də yenə əlini salardıqoltuq cibinə və qoltuq cibindəki bağlamadan bir göy yüzlük dollar çıxarıb mollayaötürərdi. Deyərdi ki, mənim adımdan rəhmətə gedənə bir «Yasin» oxuyarsan. Mollada yüzlüyü alandan sonra dərindən nəfəs alar, sonra da qaşığı götürüb aşı elə gözünətəpərdi ki, elə bil aclıqdan çıxıb…

Gördünüz, gədədənbəy olur. Elə bilirsiniz bu gədə bəylər azdır? Hər yerdə, hər kənddə, hər məhlədəbelə gədə bəylər kifayət qədərdir. Bəzən qanından, oturuşundan-duruşundan bəylikyağan insanlar da vəzifədə əyləşəndə ondan yuxardakı gədə bəyin təyziqlərinə məruzqalır. Çünki axı o, vəzifə görməyib və təsadüfən gəlib oturub yüksək bir kresloda,orda da başlayıb necə gəldi özünü aparıb: ona göstəriş verib, buna göstəriş verib,ona təpinib, buna təpinib.

Yadıma bir rəvayətdüşür. Bir şah qızını kasıb bir oğlana verir. Və gətirib onu sarayda əyləşdirir.Axı yeznəsidir də, nə etməlidir? Elə olur ki, şah bir ziyafət təşkil edir. O ziyafətdə də qonşu ölkələrin şahları da olur.Şahın yeznəsi də məclisdə möhkəm yeyir-içir və yediyi sümükləri qulaqlarının arasınaqoyur. Bu səhnəni görən qonşu məmləkətin şahları təəccüblənir və şaha deyirlər ki,bu necə yeznədir ki, oturuşunu-duruşunu bilmir. Şah isə utanır və qonşu vilayətinşahlarına deyir:

- Neynəyim, qızımıkasıb bir oğlana verdim ki, bəlkə adam olub adamlara qoşular. Sən demə, gədəninbiriymiş. Bunun başına şahlıq tacı qoysam da, yenə gədə olaraq qalacaq.

Və günlərin bir günündəşah dünyasını dəyişir, oğlu olmadığına görə də həmin yeznəsini şah edirlər və başınada şahlıq tacı qoyulur. Bir müddətdən sonra şah gədəliyin göstərir və başlayır yenəyemək yeyəndə sümükləri qulağının arasına qoymağa. Buna dözməyən məmləkət ayağaqalxır və deyir ki, bizə əti yeyib sümüyü qulağının dibinə qoyan şah lazım deyil.Bu şah deyil e, gədədir, gədə…

Dünyanın çox qəribəişləri var. Bəylər qalıb qıraqda, gədələr bəy olub. Gədələr də bəy olanda, istər-istəməzhər şeyin yeri dəyişir. Necə ki, bizim kənddə dəli Gülşadın oğlu eşşək Əhməd bəydirvə camaat da onu görəndə elə bil yeddi arxa dönəninə söyürsən. Amma dəli Gülşadınoğlu eşşək Əhmədin dünya vecinə deyil və çox adam da ona «bəy» deyir.


TƏQVİM / ARXİV