adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Dekabr 2016 10:01
18827
KRİMİNAL
A- A+

Həmyerlimiz “Kuzminka” parkında özünü asdı

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşı intihar edib. Həmin şəhərdə yaşayan azərbaycanlıların Criminal.az saytına verdiyi məlumata görə, Mehman adlı gənc "Kuzminka” parkında özünü asıb.

Mehman bir neçə gün əvvəl yoxa çıxıbmış. Yaxınları onu axtarsa da, tapa bilməyiblər. Üç gün sonra isə parkda ağacdan asılmış meyiti aşkarlanıb.

Şamaxı rayonun sakini olan Mehman Moskvadakı bazarlardan birində bizneslə məşğul olub. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.