adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Dekabr 2016 16:30
9398
SİYASƏT
A- A+

Astana görüşləri ilə bağlı tarix verildi

Suriya hökuməti ilə müxalifəti arasında keçirilməsi planlaşdırılan Astana görüşləri 20 yanvar tarixindən tez baş tuta bilər.

Adalet.az xəbər verir ki, bu sözləri BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Vitali Naumkin "RİA Novosti”yə açıqlamasında deyib.

O bildirib ki, müzakirələrin Donald Trampın Ağ Ev rəhbəri olmadan öncə baş tutması xüsusi önəm daşıyır:

"Vaşinqton da qısa müddət ərzində bu prosesə qoşulmalıdır. Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görüşlərdə Rusiya, İran və Türkiyə liderləri də bir araya gələ bilər”.

Qeyd edək ki, Tramp 20 yanvar tarixində prezident səlahiyyətlərinin icrasına başlayır.