adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Dekabr 2016 19:14
13397
ƏDƏBİYYAT
A- A+

Qənirə Paşayevanın kitabının imza günü keçirilib

"Kitabevim.az” kitab evində millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış"Səni Allaha Eşq götürür"kitabının "imza günü” keçirilib.

Mərasimi açıq elan edən aparıcı Fəxriyyə Lilpar-İsayeva kitab haqqında məlumat verib və bildirib ki, kitabın satışından əldə olunacaq gəlir ağır əməliyyata ehtiyacı olan 11 yaşlı qıza hədiyyə ediləcək.

"Kitabevim.az” rəhbəri Şəmil Sadiq çıxış edərək bu təşəbbüsü alqışladığını və bu işə onlar da böyük məmuniyyətlə dəstək verdiklərini deyib.

Millət vəkili Q.Paşayeva ilk növbədə onun "imza günü” üçün gələn çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu deyib:

"Bu kitabın satışından gələn gəliri çox ağır durumda yaşayan bir ailənin 11 yaşlı balasına bağışlamışıq. Çünki bu balamız həyatda qalmaq üçün təcili ağır əməliyyat olunmalıdır. Bundan başqa kitabda mənim üzləşdiyim, yaşadığım, şahidi olduğum, duyduğum bir sıra həyat hekayələri, esseler, məqalələr yer alır. Onların bir hissəsi buna qədər çap olunmuş müxtəlif kitablarımda da yer alıb. Bir hissəsi isə tam yeni yazılardır. Kitabda məqsəd maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Gənc nəsillərimiz üçün əhəmiyyətli ola biləcəyini düşünürəm. Oxuyucuların bir az da olsa xoşuna gəlsə, çox məmnun olaram. Bu gün həm imza gününə, həm də imza gününün məqsədi olan xeyriyyə aksiyasına gələn bütün dostlarıma bir daha təşəkkür edirəm".

Qeyd edək ki kitabda millət vəkili Q.Paşayevanın müxtəlif vaxtlarda yazdığı məqalələr, hekayələr, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri (seçmə deyimlər) toplanıb. "İmza günü”nə millət vəkilləri, tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri, bir sıra ölkələrdəki Azərbaycan və Türkiyə diasporlarının rəhbərləri, iş adamları da qatılıblar.

Tədbirdə yüzlərlə kitab satılıb, millət vəkili onları imzalayıb və tədbirin sonunda 11 yaşlı qızın əməliyyatı üçün lazım olan vəsaitin böyük bir hissəsi toplanılıb və ailəyə hədiyyə edilib. Tədbir Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, "Sağlamlığın Qorunması" İB-nin və "Kitabevim.az " təşkilatçılığı ilə keçirilib.