adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Dekabr 2016 18:40
9695
İQTİSADİYYAT
A- A+

Dolların sabaha olan məzənnəsi 1,77 manatı ötüb

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,3% artaraq 1,7707 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,7662 manata bərabər olub.
Xatırladaq ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.