adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Dekabr 2016 17:40
12080
MARAQLI
A- A+

Bəxtəvərin balası

Avstraliyanın Sidney şəhərinin malayziyalı sakini, hesabına səhvən 4,6 milyon dollar köçürülən Kristin Jian Li adlı gənc qızdan yeni xəbər var. Amma ilk olaraq həmin hadisəni xatırlayaq.

Hesabında bu qədər pulu aşkarlayan qız çox fikirləşmədən, bütün pulları ən məşhur brend mağazalarda xərcləyib. Qız Cristian Dior firmasından yumşaq balışlar, YSL və Hermes brendindən isə çox sayda çantalar alıb. Təkcə Cristian Dior firmasında 220 000 dollar xərcləyib.

Hadisənin maraqlı tərəfi odur ki, 2012-ci ildə hesaba köçürülən puldan, qız 2014-cü ildə xəbər tutub. Banka isə pulun səhv hesaba yatırılması 2015-ci ilin aprelində məlum olub.

Bundan sonra bank işçiləri Linin axtarışına başlayıblar. Linin nömrəsini taparaq ona zəng edib, baş vermiş səhvə görə üzr istəyilər. Və pulu qaytarmasını xahiş ediblər. Amma artıq çox gec idi. Çünki qız bütün pulları xərcləyib qurtarmışdı. Nəticədə polis qızı tutur. Məhkəmə zamanı qız pulu ailəsinin ona göndərdiyini zənn edərək xərclədiyini bildirir. Buna baxmayaraq onu, həbsə atırlar.

Bir neçə gün öncə Avstraliyada baş tutan məhkəmə prosesində isə Li azadlığa buraxılıb. Qız hazırda Malayziyaya qayıtmağa hazırlaşır.