adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Dekabr 2016 17:11
14194
MƏDƏNİYYƏT
A- A+

Turizm Şurasının ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Turizm Şurasının dekabrın 29-da ilk iclası keçirilib.

Bütöv tərkibdə toplaşan şuranın üzvləri qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparıblar.

Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Turizm Şurası haqqında Əsasnamədə qarşıya qoyulmuş məqsədlər və onların həlli yoları baradə məlumat verib.

Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən söz açan nazir deyib ki, ölkə başçısı tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə dönüş yaradacaq və yeni bir mərhələ olacaq.

Şura üzvləri qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə səylərin səfərbər olunması barədə fikir mübadiləsi aparıblar.