ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib - FOTO

5840    |   2016-12-29 15:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Universitetdən Adalet.az-a verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan bu bayramın tarixindən, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığından danışıb.

Qeyd edib ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, böyük uğurlara imza atır. Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi hər birimizi sevindirir. Odur ki, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq. Bu bayramın bütün dünya azərbaycanlıları tərəfindən zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən rektor Abel Məhərrəmov hər iki bayram münasibətilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.

Sonra Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və Tarix fakültəsinin müəllimi Səidə Quliyevanın çıxışları dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.



İmza:
SON XƏBƏRLƏR
2017-06-25
2017-06-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məhkəmə 85 yaşlı kişiyə iş kəsir. Həbsxanada soruşurlar:
- Necə oldu ki, bura düşdün?
- Zorlama maddəsi ilə.
- Bu yaşda?
- Yox ee, ittiham aktında yazılanlar xoşuma gəldi, dərhal razılaşdım.




digər lətifələr
ARXİV
FACEBOOK